Cəmiyyət

Qarabağın yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb

23 Noyabr 2020 08:07
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağın onlarla, yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Dəmir Muhetdinov öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağda onilliklər ərzində 67 məsciddən 63-ü dağıdılıb:

"Dağıdılmış tarixi və mədəni abidələrin sayı isə yüzlərlədir. Qarabağdakı yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə diqqətdən kənar qaldığı vaxtda, xristian abidələrinin guya hücuma məruz qalması barədə məlumatları vicdansızlıq kimi qiymətləndirirəm. Obyektiv yanaşma sərgiləyən istənilən müşahidəçi qeyd edər ki, Azərbaycan özünü multikultural dövlət kimi göstərir və bütün dini adətlərə yeni səviyyədə hörmətlə yanaşır. Bakı dəfələrlə Dünya dini liderlərinin sammitinin paytaxtı seçilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.