Cəmiyyət

Keçmiş xidmət rəisinə yeni vəzifə verildi

18 Noyabr 2020 18:55
Baxış: 1 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov akademiyanın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Akademiyadan Milli.Az-a verilən məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, 1991-1994-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda aspirant, kiçik elmi işçi, 1994-2003-cü illərdə KTN-nin mərkəzi aparatında mütəxəssis, 2003-2005-ci illərdə KTN yanında Bitki mühafizəsi və karantini şöbəsində müdir müavini və sektor müdiri, 2005-2015-ci illərdə KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini, 2015-2018-ci illərdə KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, 11 may - 21 iyun 2018-ci il tarixlərində KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, 2018-2019-cu illərdə KTN yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifələrində işləyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.