Cəmiyyət

Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər - VİDEO

8 Noyabr 2020 16:53
Baxış: 2 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Media Mərkəzi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan Xalqını təbrik edib .

Milli.Az Trend-ə istinadən bildirir ki, qurumun "Facebook" səhifəsində edilən paylaşımda deyilir:

"Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər!

Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik ! Bu gün Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa işğaldan azad olundu! Bakı Media Mərkəzi olaraq bu münasibətlə Azərbaycan Xalqını təbrik edirik!

Qələbə bizimlədir, Qələbə bizimdir! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.