Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci ilin mart ayının 11-də COVID-19 pandemiyası elan edilən kimi Azərbaycan, bütün dünya kimi, pandemiyanın təhlükəli təsirinə məruz qalıb.
Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən "Sanitariya-Epidemioloji Salamatlıq Haqqında" Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: "Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsi ilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması ÜST-ün tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsi ilə həyata keçirilməsi təmin olunub".
Vaqif Abdullayev COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əksepidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu xüsusi qeyd etmək lazım olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir "pozitiv" nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin hər şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əksepidemik tədbirlərin təşkilinə başlanılır: "Bu tədbirlərin əsas məqsədi epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantin nəzarətində qalmaları üzərində nəzarətin təmin olunmasından ibarətdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





