Cəmiyyət

Qalmaqallı “Anderson” kafesinin adı “Xankəndi kafesi" kimi dəyişdirildi - FOTO

25 Oktyabr 2020 14:37
Baxış: 22 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qalmaqallı "Anderson" kafesinin adı dəyişdirilərək, tezliklə işğaldan azad olunacağını gözlədiyimiz Xankəndinin şərəfinə "Xankəndi kafesi" adlandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında kafenin rəhbərliyi bildirib. Kafenin Kamran adlı administratoru qeyd edib ki, ermənipərəst Anastasiya Tatulova ilə bütün müqavilələrə xitam verildikdən sonra kafenin adının dəyişdirilməsi yönündə işlər aparılıb:

"Anastasiya Tatulova ilə bütün müqavilələrə xitam verildikdən dərhal sonra kafedə ona məxsus olan bütün əşyaları çıxarmağa, kafenin adını sökməyə başladıq. Buranın "Xankəndi kafesi" adlandırılması haqda qərara gəldik. Bu məsələ qanuni şəkildə öz həllini tapmalı, kafenin adı rəsmi olaraq patentləşdirilməlidir. Proses başa çatdıqdan sonra kafemiz rəsmi olaraq "Xankəndi kafesi" adlandırılacaq".

Musavat.com-un əməkdaşları olaraq kafedə olduğumuz zaman şahidi olduq ki, bir çox əşyalar artıq kafedən çıxarılıb, bir küncdə isə məşhur #itiqovankimi həştəqi qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvələ qədər "Anderson" adlandırılan kafe Moskvada yaşayan və  biznes şəbəkəsi olan Anastasiya Tatilovaya məxsus idi. 2017-ci ildən fəaliyyət göstərən kafe bu müddət ərzində kifayət qədər nüfuz qazanaraq, müştəri cəlb edə bilib.

Lakin çox təəssüf ki, Bakıdan qazanc əldə edən Tatulova düşmən tərəfində olduğunu, terrorçu erməni ordusuna maddi yardım göstərmək istədiyini nümayiş etdirmişdi.

Onun bu addımından xəbər tutan hər bir azərbaycanlı və Azərbaycanın haqq savaşının yanında olanlar Tatulovanın sosial şəbəkədəki səhifəsinə yazaraq, onu terrora dəstək verməkdə qınayıb, Bakıdakı kafe şəbəkəsinin boykot edilməsi ilə bağlı çağırışlar etmişdilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.