Cəmiyyət

Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər

21 Oktyabr 2020 20:14
Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti 403 nömrəli Qərarına dair izah verib.

Kabinetdən Milli.Az-a verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli 1019 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sahəni tənzimləyən bir sıra Qərarları ilə müəyyən edilmiş sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vaistələrinə dair tələblərdə, həmçinin sərnişin daşıyan sürücülərə dair tələblərdə aşağıdakı dəyişikliklər edilib:

- taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlığının Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirliyin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilməsi və keçirilməsi;

- Hər bir sərnişin daşıyan avtonəqliyyat vasitəsi "dərman qutusu" deyil "ilk tibbi yardım qutusu" ilə təchiz olunmalıdır.

- beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair yenidən hazırlıq keçməsi tələbi aradan qaldırılmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.