Cəmiyyət

Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü

21 Oktyabr 2020 16:57
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna mənəvi dəstək məqsədi ilə təqaüdlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər. Belə ki, Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Eyyub İsmayıl, Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Gülüstan Kərimova və Rəhimə Abbasova, magistratura səviyyəsi üzrə Texniki sistemlərdə informasiya və idarəetmə ixtisasının tələbəsi Pakizə Paşayeva bu ay 1 aylıq təqaüdlərini Fonda bağışlayıblar.

Məlumat üçün bildirək ki, hazırda Bakı Ali Neft Məktəbinin tələbələri və məzunları informasiya savaşının fəal iştirakçıları qismində çıxış edirlər.

Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkə platformalarından istifadə etməklə kiber fəzada olduqca fəallıq nümayiş etdirirlər.

Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri bu kontekstdə fəaliyyəti olduqca səmərəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.