Cəmiyyət

Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb

19 Oktyabr 2020 20:14
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin 9 ayında 163 min şəxsə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) verilib və elektron qaydada fərdi hesab açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bununla da həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşıb və fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edib.

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsinin (SSN) açılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proaktiv xidmətlərindən biridir. Bu xidmət vətəndaşa heç bir yerə müraciət etmədən, əmək müqaviləsi bildirişi qeydə alındıqda real vaxt rejimində təqdim olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.