Karantin rejiminin şərtlərinə yenidən baxıla bilər - TƏBİB-dən AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma mənfi tendensiya üzrə inkişaf edir".
Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək: "Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik.
Niyə yoluxma sayı artdı? Belə bir sual qoyaq. Yoluxma sayının artmasının bir çox səbəbi var. Baxmayaraq ki, biz həmişə yumşaldılmalardan sonra yoluxma sayının artma riskinin olduğunu deyirdik. İnsanlara deyirdik ki, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməliyik. Bəzən insanlar bunu səhv başa düşürlər. Karantin rejimində yumşaldılma olduğu halda demək risk yoxdur deyə düşünə bilirlər. Amma tam tərsinə, yumşaldılma olması bizi daha da diqqətli etməlidir. Virusun yayılmasının qarşısının alınması üçün bu, zəruridir. Amma məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Sadəcə bunlar deyil, son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar".
V.Əliyev qeyd edib ki, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: "Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit, mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər".
İnfeksionist vurğulayıb ki, xəstəliyə yoluxma sayı artarsa, yaxın gələcək üçün qazana biləcəyimiz hərbi uğura mənfi təsir göstərə bilər: "Biz insanlarımızın sağlamlığını düşünərək eyni zamanda əsgər və zabitlərimizin də sağlamlığına təsir göstərmiş oluruq, yəni bunu da nəzarətdə saxlaya bilirik. Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq".
V.Əliyev COVID-19-a yoluxma sayının artıma doğru gedəcəyini də qeyd edib. Onun sözlərinə görə, insanlar qaydalara əməl etməsə, karantin rejiminin şərtlərinə yenidən baxıla bilər: "Mövcud vəziyyətdə onsuz da ağır günlərdən keçirik. Hər bir azərbaycanlı bəzən orduya necə dəstək olacağı haqda düşünür. Məncə, ən böyük dəstək vətəndaş məsuliyyəti, bildiyimiz işi doğru etməkdir. Yəni, hər bir insan fərdi məsuliyyətindən irəli gələrək öz sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaqla, vətənə, xalqa ən böyük faydalılığını göstərə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





