Cəmiyyət

Şamaxının 97 faizi qazlaşdırılıb

26 Sentyabr 2020 16:02
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə qaz açılışı təmin olunub.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb. 153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 12 877 metr uzunluqda polad boru vasitəsi ilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97 %-dən bir qədər artıq təşkil edir. Başqa sözlə, rayonda 21 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bundan da hal-hazırda 3-də qaz çəkilişləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.