Cəmiyyət

"Torqovı"da tavanı çökmüş bina bərpa edildi

25 Sentyabr 2020 20:19
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzində tavanı çökmüş bina bərpa edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nəsimi rayon Mənzil-Kommunal İstismar Sahəsindən (MKİS) bildiriblər. Qeyd olunub ki, yaxın vaxtlarda mənzil sahibinə təhvil veriləcək:

"Nizami küçəsi, 105 ünvanında tavanı çökən binada bütün lazımı materiallar alındıqdan sonra işlər görüldü və artıq yekunlaşıb. Hazırda çökən yerə isə beton tökülüb. Beton quruyandan sonra ev təhvil veriləcək".

Qeyd edək ki, sözügedən ərazidə binanın tavanının çökməsi nəticəsində bir evə ziyan dəymişdi. Hadisə zamanı mənzildə yaşayan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.