Cəmiyyət

“Bolt” şirkətindən Polad Həşimovla bağlı Azərbaycana hörmətsizlik - FOTO

24 Sentyabr 2020 18:03
Baxış: 3 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bolt" taksi xidmətində Tovuz döyüşləri zamanı şəhid olmuş General Polad Həşimovun adını axtarışa verdikdə Ermənistanda rayon adı çıxır.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bunu aşkarlayan Azərbaycanlı istifadəçilər redaksiyamıza müraciət ediblər.

Məsələ ilə bağlı şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz alınmayıb.

Şikayətçilər bildirirlər ki, bu faktın hansısa texniki problem səbəbindən yarandığı inandırıcı görünmür. Bu səbəbdən məsələyə şirkət tərəfindən rəsmi münasibət bildirməsini tələb edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.