Görünməz, natamam yol nişanları, silinmiş zolaqlar... - Qəza riskini artıran amillər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yol qəzaları sürücü və ya piyada məsuliyyətsizliyi, yüksək sürət, mobil telefondan istifadə, əlverişsiz hava şəraiti, hərəkət hissəsində düzgün yerləşməmə və başqa bu kimi səbəblərdən baş versə də, bəzən nişanlanma səhvləri, piyada xətlərinin vaxtlı-vaxtında yenilənməməsi də ağır qəzalara gətirib çıxarır.
Bakının bəzi yollarında piyada zolaqları tamamilə silinib, effektivliyini itirib. Xüsusən də gecə vaxtı bu zolaqlar işıqqaytarıcılığını itirdiyindən sürücülər və piyadalar üçün qəza vəziyyəti yaradır. Piyada keçidinə 100-150 metr qalmış yol nişanı qurulsa da, bu nişanları bəzən elə istiqamətlərdə quraşdırırlar ki, ağacın yarpaqları arasında qalır və görmək mümkün olmur.

Bəzi yolların işıqlandırılmaması da avtomobil qəzalarına səbəb ola bilir. Təbii ki, belə yollarda sürücü də yolu keçən piyadalar da daha diqqətli olmalıdır, amma, bu tip yollarda işıqlı yol nişanlarının tətbiqi arzuolunandır. Ümumiyyətlə, bu tip işıqlı nişanlar hər küçədə quraşdırılmalı, yarpaqların arxasında olsa belə işıq sayəsində sürücülərin diqqətini çəkməlidir.
Bir müddət əvvəl Bakıda və Naxçıvanda 3D formatlı piyada zolaqlarının çəkilməsini bu sahədə görülən uğurlu işlərdən hesab etmək olar. Bu tipli zolaqların sayının artılması piyada xəsarəti ilə nəticələnən qəzaların azalmasına müəyyən qədər təsir edə bilər. Çünki 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

Bundan əlavə, bir neçə küçədəki, xüsusən də körpülərin altındakı yollarda natamam nişanlanma avtomobil qəzalarının baş verməsinə gətirib çıxarır. Yol nişanının, sadəcə, ikinci dərəcəli yolu bildirən istiqamətdə quraşdırılması sürücülər arasında anlaşılmazlığa səbəb olur. Əslində, ikinci dərəcəli yola oxşasa da, digər nişana görə baş yolda olduğunu bilməyən sürücü bir neçə saniyə gözlədikdən sonra hərəkətə davam edir ki, bu da vaxt itkisidir.
Bütün bunlara baxmayaraq həm sərnişinlər, həm də sürücülər hərəkətdəykən daima diqqətli olmalı, qaydaları pozmamalı, piyadalar yolu qadağan edilmiş yerdən keçməməli, sürücülər isə ani baş verəcək olaylara cəld reaksiya verərək qəzadan yayınmağa çalışmalıdırlar. Unutmaq lazım deyil ki, cüzi diqqətsizlik və yüksək sürət ağır xəsarətlə, ölümlə, avtomobilin sıradan çıxması ilə nəticələnə bilər.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bağçalara elektron qəbula başlanılır
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
XƏBƏR LENTİ
-
Dünyanın ən güclü 10 pasportu
-
Ermənistanda 2,4 ballıq zəlzələ olub
-
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - Yenilənib
-
Paşinyan Koçaryandan barədə: Hamısı həbs olunacaq
-
Fəxri İsmayılova yüksək vəzifə verildi
-
Zelenski: Rusiya mütləq cavab alacaq
-
Makretskis Türkiyə klubunu yox, “Qarabağ”ı seçdi
-
Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək rəsmilər açıqlandı
-
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Güclü geomaqnit qasırğası olacaq
-
Sabunçuda ağıq qəza - ölən və yaralanan var
-
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək uzanan magistralın açılması üçün iş aparılır
-
Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyuldu, klubu cərimələdi
-
Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqi açıqlanıb
-
II Opera Günləri layihəsi “Otello” operasının möhtəşəm premyerası ilə təntənəli şəkildə başa çatdı - (Foto)
-
Böyük Britaniyada nəm salfetlərin satışı qadağan olunur
-
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində iştirak edib (Foto)
-
Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüşüb (Foto)
-
"Neftçi"nin keçmiş futbolçusu Yaponiya millisinin baş məşqçisi olmaq istəyir
-
Bank VTB polis əməkdaşları üçün xüsusi kredit kampaniyasına start verdi
-
Məşhur klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək - (Foto)
-
Bu qidalar qocalmanı sürətləndirir
-
Aydan Fərəcova spikerə köməkçi təyin edildi - (Foto)





