Cəmiyyət

“Çıraqqala” abidəsinə meşənin içindən piyadalar üçün yol salınıb - RƏSMİ

18 Sentyabr 2020 16:35
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabran rayonu ərazisində yerləşən "Çıraqqala" abidəsin 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb.

Milli.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

Onun sözlərinə görə, həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub:

"Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid "Çıraqqala" abidəsində bərpa işlərinə ötən il başlanılıb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır.

Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.