Cəmiyyət

"III ixtisas qrupunda 600-dən yuxarı bal toplayanların sayı çoxdur" - DİM sədri

11 Sentyabr 2020 13:13
Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il III ixtisas qrupunda 600-dən yuxarı bal toplayanların sayı çox yüksəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub: "Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyillidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində), dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət, tarix müəllimliyi olub.

M.Abbaszadə qeyd edib ki, bu il üçün III qrup üzrə dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə qəbul planında 30%, ibtidai sinif müəllimliyi üzrə 10%, tarix müəllimliyi üzrə 11% artım var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.