Cəmiyyət

Bakı məktəblərində 434 mindən çox şagird təhsil alacaq

11 Sentyabr 2020 14:24
Baxış: 837
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434 971 şagirdin təhsil alacağı gözlənilir.

İdarədən Milli.Az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 794, X sinfində 25 611, XI sinfində 19 794, XII sinfində 170 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 132 müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.