Cəmiyyət

Bakıda mənzil almaq üçün yaxşı fürsət: Gələn aydan qiymətlər qalxacaq

11 Sentyabr 2020 08:52
Baxış: 2 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, avqust ayı ərzində ilkin mənzil bazarında qiymətlər 4.5 faiz, il ərzində 4.21 faiz azalıb.

Onun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 0.3 faiz qiymət artımı müşahidə edilib, il ərzində isə stabil qalıb.

Ekspert bildirib ki, qiymət artımı həm mövsümi xarakter daşıyır, həm də koronavirus pandemiyası ilə əlaqdardır. Yəni hər iki amil qiymətlərə öz təsirini göstərir.

N.İbrahimov qeyd edib ki, növbəti aylar ərzində qiymət artımı olar bilər: "Hazırda qeyri-müəyyənlikdir. Pandemiya hər şeyə təsir göstərib, amma adətən payız ayları, ilin sonuna doğru qiymət artımı müşahidə edilir. Yəqin ki, bu il qiymətlərin artması istisna olmayacaq. Təbii ki, əvvəlki kimi olmasa da qiymət artımı müəyyən qədər müşahidə ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.