Cəmiyyət

DİM sədri: Müəyyən qrup abituriyentlər təhsil haqqını ödəməkdən azaddırlar

10 Sentyabr 2020 16:01
Baxış: 2 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəyyən qrup təbəqəyə aid olan abituriyentlərin təhsil haqları dövlət hesabına ödənildiyi üçün onlar ali məktəblərə ixtisas seçimi zamanı dövlət sifarişli yerlər istisna olmaqla, ödənişli ixtisaslara qəbul olmaq üçün yerlər seçə bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, müəyyən qrup abituriyentlər təhsil haqqını ödəməkdən azaddırlar.

M.Abbaszadə əlavə edib ki, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar ödənişli yerlərə qəbul olduqda onların təhsil haqları dövlət hesabına ödəniləcək.

DİM sədri qeyd edib ki, məcburi köçkünlər, 1 və 2-ci qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların təhsil haqları dövlət tərəfindən ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.