Cəmiyyət

Heyvanların xəstəliklərindən qorunması üçün peyvəndləmə və dezinfeksiya aparılır

10 Sentyabr 2020 12:46
Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Cəlilabad rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında qarayara, nodulyar dermatit, dabaq, bruselyoz, leptospiroz, çiçək, itlər arasında quduzluq və quşlar arasında Nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.

Qeyd olunur ki, tədbirlər Cəlilabad Rayon Baytarlıq İdarəsi və 21 sahə baytarlıq məntəqəsinin baytar mütəxəssisləri tərəfindən həyata keçirilir. Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda dezinfeksiya, dezinseksiya və ektoparazitlərə qaşı çimizdirmə işləri də aparılıb.

Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.

Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən heyvanlar məcburi surətdə karantində saxlanmalı, eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.