Cəmiyyət

Pensiyaçılara xəbər var

10 Sentyabr 2020 11:18
Baxış: 7 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib. 

Milli.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb. Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə  ayın 15-də ödənilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.