Cəmiyyət

Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib? - Araşdırma

9 Sentyabr 2020 16:50
Baxış: 2 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarının giriş-çıxışlarından karantin postları götürüləndən sonra rayonlara sərnişin daşıyan taksilərdə gedişhaqları ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sentyabrın 8-i səhər saatlarından vətəndaşlar rayonlara sərbəst getməyə başlayıb. Artıq karantin postlarının yığışdırılması gedişhaqlarını da əvvəlki qiymətə endirib. Məsələn, Bakının Şamaxı yolu adlanan ərazisindən Quba rayonuna taksi ilə 1 sərnişin 8 manata gedirdisə, sərt karantin qaydaları tətbiq olunandan sonra bu istiqamətdə gediş haqqı 25-30 manata qaldırılmışdı. Həmin ərazidən Ağsuya 7 manata sərnişin daşıyan taksilərdə gediş haqqı 30, Şamaxı rayonuna 25, İsmayıllı rayonuna 35 manata qaldırılmışdı. Taksilər süni qiymət artımını karantin postlarından rayon istiqamətinə keçməyin mümkünsüz olduğunu bəhanə gətirərək həmin ərazidən gizli yollarla keçmələri ilə əlaqələndirirdilər.

Sentyabrın 8-dən isə sərnişindaşımada qiymətlər yenidən əvvəlki vəziyyətə qaytarılıb. Taksi sürücüləri bildirirlər ki, karantin postları götürüləndən sonra rayon istiqamətində və ya əks istiqamətdə sərnişin sayının artacağı planlaşdırılsa da, gözlənilənlərin tam əksi ilə qarşılaşıblar. Bu istiqamətdə sərnişin sayında ciddi artım olmayıb. Karantin rejimi ilə indiki vaxtda heç bir dəyişiklik olmadığından taksi sürücüləri məcburən qiymətləri əvvəlki səviyyəyə endirib. Hazırda Bakıdan Ağsuya 1 sərnişin 7-10 manata, Şamaxıya 5-6 manata, Qubaya 8-10 manata daşınır. Karantin dövründə taksi sürücüləri Gəncə şəhərinə 1 sərnişindən 45-50 manat gediş haqqı tələb edirdilərsə, hazırda bu qiymət cəmi 10 manata düşüb.

Həmçinin, sürücülər Tovuz rayonuna daşıdıqları sərnişinə görə adambaşı 65-70 manat alırdılarsa, hazırda həmin istiqamətə 12-15 manata sərnişin daşıyırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.