Cəmiyyət

Bu abituiriyentlərin də təhsil haqları dövlət tərəfindən ödəniləcək

8 Sentyabr 2020 15:49
Baxış: 1 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəl yalnız qaçqın və məcburi köçkünlərin təhsil haqları dövlət tərəfindən ödənilirdi. Bu il isə valideyn himayəsindən məhrum olan abituiriyentlərin də təhsil haqları dövlət tərəfindən ödəniləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin kateqoriyadan olan tələbələr ödənişli yerlərə qəbul edildikdə onlar təhsil haqqının dövlət hesabına ödənilməsi üçün ali məktəbə müraciət edə bilərlər.

M.Abbaszadə qeyd edib ki, sosial güzəştlərin edilməsi DİM-in səlahiyyətində deyil: "Bununla bağlı qərarlar hökumət tərəfindən verilir. Biz bu qərarları yalnız icra edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.