Cəmiyyət

Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO

5 Sentyabr 2020 22:52
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2020" (BOO - 2020) yarışlarının son günündə keçirilən "Tank biatlonu" müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "BOO - 2020" yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən "Dəniz kuboku" və "Tank biatlonu" müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.