Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olunub.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Süleymanov Əbülfəz Cəfər oğlu son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Cəsur Cəfərov gətirilib.
Qeyd edək ki, polkovnik Əbülfəz Süleymanov 2010-cu ildən "N" saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışırdı.
Milli.Az





