Cəmiyyət

Hacıqabulda avtomobil piyadanı vurub

5 Sentyabr 2020 08:23
Baxış: 720
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı avtomobil yolu keçən Bərdə rayonunda məskunlaşan Zəngilan rayon sakini, 1965-ci il təvəllüdlü Şəmilov Tofiq Muxtar oğlunu vurub. Ağır yaralanan piyada Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.