Cəmiyyət

Azərbaycanda özəl icra məmurları fəaliyyət göstərə bilər

4 Sentyabr 2020 11:56
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə nazirinin göstərişilə Azərbaycanda da özəl icra məmurları ilə bağlı layihə hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

Onun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir: "Avropa ölkələrinin əksəriyyətində özəl icra məmurları fəaliyyət göstərir. Qanuna əsasən, bəzi məsələlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Vətəndaşa seçim imkanları olacaq. Özəl icra məmurları göstərdikləri xidmətə görə qonarar alacaqlar. Nazirlər Kabinetinin qərarına əsasən, onlar ödəniş müqabilində xidmət göstərəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.