Cəmiyyət

Masallıda 37 sututarın bərpası yekunlaşmaq üzrədir

4 Sentyabr 2020 12:37
Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallıda 37 sututardan 24-ünün bərpası başa çatıb, digərlərində də işlər yaxın zamanlarda yekunlaşdırılacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Rəfael Məmmədov bildirib.

Onun sözlərinə görə, sututarların bərpasının oktyabr ayına yekunlaşacağı gözlənilir:

"Masallı rayonundakı sututarlar sovet dövründə inşa edildiyindən artıq yararsız hala düşmüşdü. Burada təmir-bərpa işləri aparılıb və yaxın vaxtlarda həmin sututarlar yenidən istifadəyə veriləcək. İşlər tam yekunlaşdıqdan sonra ümumilikdə 37 sututarda 8 milyon kub su yığılacaq ki, bu da 3230 hektar sahənin suvarılmasını tam təmin edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.