Cəmiyyət

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıldı - FOTO

2 Sentyabr 2020 16:45
Baxış: 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən İkinci Dünya müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, markanın hazırlanmasında məqsəd 1941-1945-ci illərdə Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfənin həm yerli, həm də əcnəbi filatelistlər arasında təbliğ edilməsidir. Markada neft istehsalında istifadə edilən mancanaq dəzgahının qolu - balansir tərəfindən dağıdılmış Vermaxt əsgərinin dəbilqəsi, arxa planda isə həmin illərə aid neft qüllələri təsvir olunub.

Bu marka vasitəsilə Azərbaycan neftinin, azərbaycanlı neftçilərin arxa cəbhədə sərf etdikləri titanik əməyin XX əsrin ortalarında bəşəriyyətin bəlasına çevrilmiş faşizmin məhv edilməsindəki əhəmiyyəti bir daha qabardılır, dünya kolleksiyaçıları arasında yayılır.

Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.