Cəmiyyət

Dərslərin təşkili ilə bağlı nazir müavinindən AÇIQLAMA

1 Sentyabr 2020 16:47
Baxış: 1 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya ilə əlaqədar uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkili nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov "Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur" adlı onlayn konfransda deyib.

Nazir müavini pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını bildirib.

Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan F.Qurbanov informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığını daha da artdığını diqqətə çatdırıb.

O, uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.