Cəmiyyət

Agent və ya komisyonçu malları geri qaytardıqda hansı elektron qaimə-fakturadan istifadə etməlidir?

4 Sentyabr 2020 23:10
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Agent və ya komisyonçunun malları geri qaytardıqda hansı elektron qaimə-fakturadan istifadə etməsi hazırda vergiödəyiciləri üçün maraq doğuran məsələlərdən biridir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, prosedurun həyata keçirilməsi üçün vergiödəyicisi müvafiq proqram təminatından "Malların geri qaytarılması" elektron qaimə-fakturası üzrə "Malların təqdim edilməsi qaiməsinin qaytarılması" növünü seçməklə malları geri qaytarır.

Lakin agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı "Malların geri qaytarılması" elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır: "Məsələn, "A" MMC 20 min manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergiödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.