Cəmiyyət

Aqşin Kamal da "Xəzər"dən getdi

1 Sentyabr 2020 12:14
Baxış: 3 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir aparıcı Xəzər Televiziyası ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Xəzər Xəbər"in aparıcısı və redaktoru Aqşin Kamal işdən gedib.

O, bu barədə sosial şəbəkədə məlumat yayıb. A. Kamal televiziyadakı 8 illik fəaliyyətinə son qoymaq qərarına gəlib:

"2012-ci ilin martından gəldiyim "Xəzər" televiziyasından öz istəyimlə ayrılmağa qərar verdim. Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta Xəzər TV-də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.