Cəmiyyət

Gəncədə Qarabağ qazisinə dərman preparatları və ərzaq sovqatı verildi - FOTO

29 Avqust 2020 22:21
Baxış: 1 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, ağır Parkinson xəstəliyindən əziyyət çəkən Ramil Ələsgərova dərman preparatları və ərzaq sovqatı təqdim olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  I qrup əlil R.Əsgərovun evində olan  Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov dövlət başçısının tapşırığı əsasında onların sosial problemlərinin daim diqqətdə saxlanıldığını və köməklik göstəriləcəyini qeyd edib.

Bildirib ki, ölkədə Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub.

Ramil Ələsgərovun ailə üzvləri öz növbəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, I qrup Qarabağ müharibəsi əlil Ramil Ələsgərov 2015-ci ildə  Heydər Əliyev Fondunun dəstəyi ilə  Türkiyədə müalicə olunub. Hazırda Yeni Gəncənin 2-ci mikrorayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş binada yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.