Cəmiyyət

Mərdəkan-Zuğulba yolundakı piyada körpüsü yaxın günlərdə istifadəyə veriləcək - FOTO

28 Avqust 2020 11:38
Baxış: 1 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərdəkan-Zuğulba yolunda olan piyada keçidi yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.

Milli.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri aparılır:

"Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mərdəkan-Zuğulba yolunda (köhnə "Mərdəkan Broyler" ASC-nin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisinə başlayıblar.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, əlillərin, uşaq arabalarının tam rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırıldı. Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistem də quraşdırılıb. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar da inşa edilib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.