Azərbaycanda tədris ili 15 sentyabrdan başlayır - Amma bu şərtlərlə... - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində.
Milli.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
E.Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir: "Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir".
Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.
Emin Əmrullayev daha sonra bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur: "Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi nəzərdə tutulur".
Nazir əlavə edib ki, məktəbəhazırlıq qruplarında tədrisin oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır. Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılamsındna asılı olacaq.
Beşinci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsi təklif olunur.
Emin Əmrullayev sentyabrın 15-dən 5-ci sinifdən 11-ci sinfə kimi şagirdlərin dərslərinin onlayn keçirilməsinin təklif olunduğunu deyib: "Oktyabrın 1-dən 5-dən 9-dək siniflərin şagirdlərinin həftədə 2 və ya 3 dəfə əyani dərslərə gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən isə 10 və 11-ci siniflərin əyani tədrisə başlaması nəzərdə tutulur".
Ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.
Ali məktəblərdə təhsilin necə keçirilicəyinə toxunan nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ail məktəblərə gələ biləcəklər. 15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.
Nazir qeyd edib ki, noyabr 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaq Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə distant təhsil davam edəcək.
Tədris kursları ilə bağlı Operativ Qərargahda sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla qərar veriləcək.
Nazir Emin Əmrullayev bildirib ki, tədris kursları ilə bağlı Operativ Qərargahda sanitar-gigiyenik qaydalar nəzərə alınmaqla qərar veriləcək:
"İnanıram ki, qısa zamanda bu qərar veriləcək və ictimaiyyətə açıqlanacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı





