Cəmiyyət

Azərbaycanda 3000-dən artıq məhkum elektron nəzarətdədir

26 Avqust 2020 13:05
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda indiyə qədər 5000-dən artıq məhkuma elektron qaydada nəzarət tətbiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi Nəvai Əlizadə deyib.

Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması cəzası və məhkumların elektron nəzarət vasitələri ilə izlənilərək daim nəzarətdə saxlanılmaları onların islah olunmasında və təkrar cinayət törətməkdən çəkinməsi üçün çox effektiv bir vasitədir: "Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən təkrar cinayətlərin törədilmə hallarının azalma dinamikası müşahidə edilir. Ötən dövr ərzində ümumilikdə 5000 nəfərdən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Hazırda Monitorinq Mərkəzində elektron nəzarət vasitələri tətbiq edilmiş 3000-dən artıq şəxs izlənilməkdədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.