Cəmiyyət

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olub

25 Avqust 2020 14:15
Baxış: 1 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul etmişdir.

Həmçinin Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.