Cəmiyyət

Tovuz döyüşlərində şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib - FOTO

23 Avqust 2020 13:31
Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun başçısının tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.

Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.