Cəmiyyət

ABŞ mətbuatı Lotu Qulidən yazır

21 Avqust 2020 23:25
Baxış: 6 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Sələfovun ölümü haqda daha çox qardaş ölkə və Rusiya mətbuatı danışır. Amma Lotu Qulinin qətlə yetirilməsindən ABŞ mətbuatı da yazmağa başlayıb.

Milli.Az bizimyol.info-ya istinadla xəbər verir ki, "Newsweek" oğru dünyasındakı ciddi hadisə barədə material hazırlayıb. Burada Nadir Sələfovun Antalyada restoranda yemək zamanı dörd güllə ilə öldürülməsindən bəhs olunub. Qatil Dənizli şəhərində ələ keçirilib. ABŞ mətbuatı yazır ki, Lotu Qulini qısa zamanda xəstəxanaya çatdırıblar, amma onu həyatda saxlamaq mümkün olmayıb.

"Newsweek" Nadir Sələfovun azərbaycanlı olduğunu, amma 1972-ci ildə Gürcüstanda doğulduğunu qeyd edib. Yazılanlara görə, Lotu Quli daha çox Azərbaycanda yaşayırmış və meyvə-tərəvəz ixracına nəzarət eləyirmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.