Cəmiyyət

“28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri açıq olacaq

20 Avqust 2020 21:36
Baxış: 1 574
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 21.08.2020 tarixindən metronun "28 may" və "Elmlər Akademiyası" stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "28 may" və "Elmlər Akademiyası" stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, "BakıKart"-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.