Cəmiyyət

"İctimai iaşə obyektləri ilə bağlı yumşalmalar toylara şamil edilmir"

15 Avqust 2020 13:46
Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə bayram və toy şənliklərinin keçirilməsini nəzərdə tutmur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır: "Masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: "Digər hallar isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metr ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq".

Bu qaydaların pozulmasına görə, inzibati cərimələr tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.