Cəmiyyət

"Hətta ezamiyyələr rayonlarda yoluxma sayına təsir göstərir"

15 Avqust 2020 11:35
Baxış: 1 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hətta rəsmi ezamiyyə vərəqləri ilə rayonlara səfərlərin epidemioloji vəziyyətə təsiri araşdırlır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, rayonlara gediş-gəlişin açılması müzakirə edilir. Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır.

Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.