Cəmiyyət

Hikmət Hacıyev: Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur

3 Avqust 2020 17:24
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə alovlanmalar baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur. Bəzi ölkələrdə yenidən sərhədlər bağlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət nəzarətdə saxlanılır və müsbət dinamika müşahidə olunur. Ölkəmizdə olan müsbət dinamikasının saxlanılması üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir:

"Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.