"Mətbuatda söz, termin yaradıcılığı meyilinin artması dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir" - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda söz, termin yaradıcılığı meyili artıb ki, bu da dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir.
Milli.Az bildirir ki, bunu Trend-ə Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü deyib.
Onun sözlərinə görə, bu gün Kütləvi İnformasiya Vasitələrinin rolu artdıqca, Azərbaycan dilinin işləkliyi artır. Mətbuat dilində işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini göstərir: "Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb. Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı.
Bu fərmanın imzalanmasından bir neçə gün sonra 4 iyul 2001-ci il tarixində "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təşkil edilməsi haqqında" fərman imzalandı. Bu komissiyanın tərkibinə görkəmli dövlət xadimlərilə yanaşı, dilçilər də daxil edildi ki, onlar daima dilimizin tətbiqi sahəsinə nəzarət etsinlər. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
2004-cü ildə Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında" sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür".
T.Şükürlü əlavə edib ki, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə diqqət Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb:
"Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zəninləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha zənginləşir, müasir, analitik düşüncənin dilinə çevrilir.
Bu gün Azərbaycan dili həm də elektron məkanda da işlənir, inkişaf edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr
-
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
-
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb - (Yenilənib)
-
Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına dəyişiklik edilib
-
Sosial şəbəkələrə 50 min manatlıq cərimə tətbiq ediləcək
-
Su pulunuzun az gəlməsini istəyirsinizsə, bunu edin
XƏBƏR LENTİ
-
Məşhur cütlüyün üzükləri sərvət dəyərindədir - Qiyməti məlum oldu
-
"Maşın tutması"ndan əziyyət çəkənlər üçün tövsiyələr
-
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
-
ABŞ və Ermənistan TRIPP proqramını müzakirə etdi
-
Ədliyyə və DİN-in birgə əməliyyatı: Silah-sursat ələ keçirildi
-
Maskın kosmik şirkəti rekord qırdı - Gəlirlər 92 faiz artdı
-
İran müharibəsində ağır itkilər - Yeni rəqəmlər açıqlanıb
-
Qurban Qurbanov: “İstədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik”
-
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb - (Yenilənib)
-
Kim Çen İndən Yaponiyaya hədə: “Səssiz qalmayacağıq”
-
Sepp Blatter FIFA prezidentliyi üçün namizəd açıqladı
-
Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına dəyişiklik edilib
-
Sosial şəbəkələrə 50 min manatlıq cərimə tətbiq ediləcək
-
Su pulunuzun az gəlməsini istəyirsinizsə, bunu edin
-
ABŞ 100 köhnə tankı dənizə atdı - Səbəbi təəccübləndirdi
-
Moskvadakı restoranda ölən şəxsin generalın kürəkəni olduğu bildirilir
-
Xətaidə səki niyə hasarlanıb?
-
Sabahın hava proqnozu açıqlandı
-
Naxçıvanda yük maşınından 4,5 kiloqram narkotik çıxdı
-
Özəl bağçalarda yeni sistem - Dövlət ödənişi necə edəcək?
-
Paşinyan köməkçisini vəzifəsindən azad etdi
-
55 nömrəli avtobus qəza törətdi - (Foto)
-
Xalq artistinin hovuz fotosu gündəm yaratdı - Tənqidlərdən sonra sildi - (Foto)
-
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?





