Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiya olanların sayı 314 nəfərdir.
Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Qeyd olunub ki, xəstələrdən 70 nəfəri isə süni nəfəs cihazına qoşulub.
Xatırladaq ki, bugünədək Azərbaycanda 30 050 nəfər COVID-19-a yoluxub, onlardan 22 684-ü sağalıb, 417 nəfəri isə ölüb.
Milli.Az