Cəmiyyət

Belçikada ermənilərin vəhşicəsinə döydüyü soydaşımız: Fiziki xəsarətlər alsaq da mənəvi cəhətdən qalib gəldik

24 İyul 2020 20:40
Baxış: 1 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilər bizdən Azərbaycan xalqını təhqir etməyi tələb edirdi, amma biz bunu etmədik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belçikada ermənilər tərəfindən vəhşicəsinə döyülən soydaşımız Cahan Zahid deyib.

C.Zahid bildirib ki, o, iyulun 23-də Brüssel səfirliyinin qarşısında ermənilər tərəfindən döyülüb: "Ermənilər bizi əvvəlcə daşlamağa başladılar. Polislər isə heç bir müdaxilə etmədilər, sanki ermənilərin tərəfində idilər. 2 saatlıq aksiyadan sonra ermənilər bizə hücum etdilər. Əvvəlcə daşladılar, yumurta atdılar, sonra azərbaycanlı xanıma xəsarət yetirdilər. Mitinqdən sonra biz 4 nəfər yolla gedərkən 10 nəfər erməni qarşımızı kəsdi, bizə hücum etdilər. Amma gücləri çatmadı, döyülüb qaçdılar. Bir neçə dəqiqədən sonra 50 nəfərlə arxadan bizə təkrar hücum etdilər. Orada bizi vəhşicəsinə döydülər. Fiziki xəsarətlər aldıq, amma mənəvi cəhətdən qalib gəldik. Onlar bizi döyə-döyə tələb edirdilər ki, azərbaycanlıları, Azərbaycan Prezidentini təhqir edək, Ermənistandan üzr istəyək. Amma son nəfəsimizə qədər dayandıq, bizdən istədiklərini ala bilmədilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.