Cəmiyyət

Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar

24 İyul 2020 15:34
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər.

Milli.Az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından Trend-ə verilən məlumata görə, "Türk Hava Yolları" şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:

"Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyta keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Civid-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirir və "Türk Hava Yolları" şirkətinə öz dərin təşəkkürünü bildirir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.