Cəmiyyət

Gəncədə iki nəfər bıçaqlanıb

23 İyul 2020 08:13
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Ət Kombinatı" adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səhtinin kəsilmiş-cırılmış və Gədəbəy rayon Dəryirmandağı kənd sakini 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.