Cəmiyyət

Türkiyə bəyanat yaydı: Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq

22 İyul 2020 21:30
Baxış: 1 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Cumhurbaşqanlığı Külliyəsində Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının ardından yaydığı bəyanatda, "Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılmışdır", - deyə bildirilib.

Bəyanatda qeyd edilib ki, illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan və beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pislənir:

"Ermənistan təcavüzkar mövqeyinə son qoymalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.