Cəmiyyət

14 şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti iyulun 20-dək dayandırılıb

18 İyul 2020 07:05
Baxış: 2 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 20-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, 14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi avqustun 5-dək uzadılıb.

Bununla əlaqədar 14 şəhər və rayonda 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək və 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.