Cəmiyyət

Operativ Qərargahın nümayəndələri karantin rejiminin uzadılması ilə bağlı açıqlama verdilər - VİDEO

17 İyul 2020 22:40
Baxış: 6 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə isə karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Operativ Qərargahın nümayəndələri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva karantin rejiminin uzadılması ilə bağlı AzTV-nin "Hədəf" verlişində açıqlama veriblər.

Operativ qərargahın nümayəndələri karantin rejiminin uzadılması ilə bağlı təfərrüatlara toxunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.